Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-14,
Seanews
Heyder Eliyev

ASCO-nun Təlim-Tədris Mərkəzində təşkil olunan təlimlərdə ötən il 10470 nəfər dinləyici iştirak edib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının tərkibində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzində (TTM) ötən il ərzində fəaliyyət proseslərinin təkmilləşdirilməsi, peşəkar komandanın formalaşdırılması, tədris proqramları və dərs vəsaitlərinin müvafiq standartlara uyğunlaşdırılması, ən əsası dənizçilərin sertifikatlaşdırılması üçün təlimlərin keçirilməsi, onların təcrübi məşğələləri və qiymətləndirilməsi işləri uğurla davam etdirilib.

2023-cü ildə TTM-də 10470 nəfər dinləyici üçün 890 kurs keçirilib. Dinləyicilərdən 26 nəfəri xarici vətəndaş olub. Təlimlər iştirakçıların aid olduğu ölkələrə uyğun Azərbaycan, ingilis və rus dillərində təşkil edilib.

Ötən il audit nəticəsində daha dörd yeni təlimin TTM-də keçirilməsi təsdiqlənib. Belə ki, Mərkəzdə “Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis” təlimi üzrə təlimatçıların hazırlığı, “DP Təkmilləşdirmə və Bacarıqların Qiymətləndirilməsi”, “DP operatorlarınn təcrübə proqramı”, “Offşor tanışlıq“ kurslarının tədrisinə başlanılıb.

Qeyd edək ki, 10 ildir, fəaliyyət göstərən ASCO-nun Təlim Tədris Mərkəzində dənizçilərin sertifikatlaşdırılması üçün təlimlərin keçirilməsi, onların praktik məşqləri və qiymətləndirilməsi xidmətləri göstərilir. Mərkəz müasir auditoriyalardan ibarət olmaqla, həmçinin ən son model trenajor, üzgüçülük hovuzu və dənizçilik avadanlıqları ilə təchiz edilib.

Təlim-Tədris Mərkəzində keçirilən təlimlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi və Amerika Gəmiçilik Bürosu (American Bureau of Shipping) tərəfindən akreditasiya olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır