Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

ASCO-da ISO 37001:2016 və ISO 19011:2018 Beynəlxalq standartları üzrə təlimlər keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) əməkdaşlar üçün ISO 37001:2016 – Korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi üzrə standartların icmalı və daxili auditor kursu, eləcə də ISO 19011:2018 – İdarəetmə sistemlərində auditin keçirilməsi mövzusunda təlim təşkil olunub.

Hər iki kurs “SGS Azerbaijan” şirkətinin təlimçisi tərəfindən keçirilib.

Təlimlərdə həm ISO 37001, həm də ISO 19011 Beynəlxalq standartları barədə iştirakçılara geniş məlumat verilib. Həmçinin standartların tələbləri, tətbiqi, tərkibi, daxili auditin planlaşdırılması, uyğunsuzluğun aşkar edilməsi, daxili audit sənədləşdirilməsinin təşkili və daxili auditdən sonra həyata keçirilən tədbirlə barədə danışılıb.

Təlimlər interaktiv formada təşkil edilib. Həmçinin mövzuların daha yaxşı qavranılması üçün praktiki nümunələrdən və interaktiv metodlardan istifadə olunub.

Yekunda mövzular üzrə iştirakçılar imtahan veriblər. İmtahandan uğurla keçən şəxslərə təlimi müvəffəqiyyətlə bitirmələri haqqında sertifikat təqdim edilib.

Qeyd edək ki, ASCO əməkdaşlarının müasir menecment standartları üzrə biliklərinin artırılmasına dair mütəmadi təlimlər təşkil olunur. Bu istiqamətdə təlimlərin davam etdirilməsi nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır