Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-17,
Seanews
Heyder Eliyev

ADDA növbəti tədris ilində tələbə qəbulu üçün plan yerlərini açıqlayıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası PHŞ (ADDA) 2023/2024-cü tədris ili üçün tələbə qəbulu elan edir.

Nazirlər Kabinetinin təsdiqlədiyi plana əsasən, növbəti tədris ilində ADDA-ya ümumilikdə 220 tələbənin qəbulu nəzərdə tutulub.  

Ali təhsil müəssisəsinin “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasına qəbul Azərbaycan, rus və ingilis, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasına qəbul Azərbaycan və ingilis, “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasına qəbul Azərbaycan və rus,  “Elektrik və elektronika mühəndisliyi” ixtisasına qəbul isə yalnız Azərbaycan dili bölməsi üzrə aparılacaq.

Nəzərdə tutulan plan yerlərini təqdim edirik:

2022-ci ildə qəbuldan sonra formalaşan keçid ballarını diqqətinizə çatdırırıq:

Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən I qrup (RK altqrupu) imtahanlarının nəticələrinə əsasən aparılır. Abituriyent topladığı bala uyğun ADDA ixtisaslarını seçə bilər.

Akademiyaya qəbul üçün əlavə qabiliyyət imtahanı tələb edilmir.

İmtahandan öncə sağlamlıq haqqında arayış təqdim etməyə ehtiyac yoxdur. Yalnız tələbə adını qazananlar yaşadıqları ərazi üzrə poliklinikadan müvafiq sağlamlıq arayışı gətirəcəklər.

Akademiyanın tələbələri oxuduqları müddətdə pulsuz dərs vəsaitləri, geyim forması və gündə iki dəfə isti yeməklə təmin ediləcəklər. Yataqxana isə güzəştli şərtlə təklif olunacaq.

Qeyd edək ki, ötən il ADDA-nın plan yerləri tam dolmuşdu.

Dənizləri bizimlə fəth etmək istəyənlərin yolunu ADDA-da gözləyirik.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır