ADDA-da “Gəmi mühəndisi-2023” texnologiya sərgisi keciriləcək
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) “Gəmi mühəndisi-2023” texnologiya sərgisi keciriləcək.
Sərgi 26 may 2023-cü il tarixində ADDA-nın əsas binasında təşkil olunacaq.
“Gəmi mühəndisi-2023” texnologiya sərgisində ADDA ilə yanaşı, ASCO-nun Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutu, Dəniz Nəqliyyatı Donanması, Xəzər Dəniz Neft Donanması, "Bibiheybət" Gəmi Təmiri Zavodu, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavod və digər aidiyyatı struktur və qurumlar da iştirak edəcəklər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır