Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Gəmi təmirçiləri terror-təxribat hallarına qarşı sayıqlığın artırılması məqsədilə maarifləndiriliblər

Bugün ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodunda terror-təxribat hallarına qarşı mübarizədə sayıqlığın artırılması məqsədilə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Daxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis İdarəsinin Xətt Polis Bölməsinin (Zığ limanı) rəisi polkovnik-leytenant Şəmsur Kərimov, ASCO-nun Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin rəisi Rəşad Hüseynov, BGTZ-nin direktoru Nəsib Qəhramanov iştirak ediblər.

Şəmsur Kərimov terror-təxribat hallarına qarşı mübarizədə sayıqlığın artırılmasına dair ətraflı məlumat verib. O, terrorçuluqla mübarizədə ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən də danışıb. Bildrib ki, hər bir idarə və təşkilatda terrorçuluğa qarşı mübarizədə düzgün və sistemli maarifləndirmə işləri aparılmalıdır.

Tədbirin sonunda BGTZ əməkdaşlarının sualları cavablandırıldı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır