• Bakı, 2021-10-27,
Seanews
Heyder Eliyev

ASCO-da Vətən müharibəsində canlarından keçən Şəhidlər bir dəqiqəlik sükutla yad edilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Vətən müharibəsində canlarından keçən Şəhidlər bir dəqiqəlik sükutla yad edilib.

Sentyabrın 27-si saat 12:00-da Xəzərdə və Xəzərdən kənar sularda üzən ASCO-nun gəmilərindən fasiləsiz fit səsi verilib.

Bununla belə, ASCO-da və strukturlarda çalışan əməkdaşlar Şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsinə qoşulublar.

Allah bütün Şəhidlərə rəhmət etsin!

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır