• Bakı, 2021-01-16,
Seanews
Heyder Eliyev

Sadə dəniz düyünün bağlanma üsulu - VİDEO

Gəminin taleyi dəniz düyünlərindən çox asılıdır. Ona görə də heyətin hər bir üzvü kəndirə düzgün düyün vurma bacarığına malik olmalıdır. Hazırda onlarla düyün növü olsa da, iş prosesində az qismindən istifadə edilir. Sadə düyün növü isə “düyünlərin şahı” sayılır. Dənizçilər arasında bu düyünün məşhur olması onun möhkəmliyi və asan açılması ilə izah edilir.

Bu düyünün tarixi uzaq keçmişə gedib çıxır. Qazıntılar zamanı aşkar edilən qədim Misir gəmisində bu cür düyünlərə rast gəlinib. Sadə düyün xəttin sonunda fiksə edilmiş ilgəklə tamamlanır.

Videoda sadə düyünün bağlanmasının yolunu göstərəcəyik. Siz də bu üsuldan istifadə etməklə, dəniz düyününü bağlaya bilərsiniz. Bir anlıq da olsa, özünüzü dənizçi hiss edin.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır