2019-cu ilin “Ən yaxşı kapitan”ı: Kim peşəsini sevmirsə, yaxşı nəticə əldə edə bilməz
Balaca Ağalarov 34 illik dənizçi təcrübəsinə malikdir. O, fəaliyyəti boyunca bir çox gəmidə və müxtəlif vəzifələrdə çalışıb. Son 11 ildə fəaliyyətini kapitan kimi davam etdirən Balaca Ağalarov DND-nin "Babək" gəmisində işləyir.
Təcrübəli dənizçi 2019-cu ilin yekunlarına görə “Ən yaxşı kapitan” adına layiq görülüb. Bu münasibətlə onu təbrik edir, işlərində uğurlar arzulayırıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır