Dünyanın LNG ilə çalışan ən böyük gəmisi belə inşa olundu - VİDEO
Dünyanın LNG ilə işləyən ultra böyük konteyner gəmisi “CMA CGM Jak Saade”-nin inşası başa çatıb. Gəmi Şanxaydakı Jiangnan-Changxing gəmiqayırma zavodunda xüsusi mərasimlə suya salınıb.
CMA CGM-dən bildirilib, ənənəvi yanacaqlarla müqayisədə LNG-nin istifadəsi kükürd oksidi tullantılarının 99, azot oksidi tullantılarının 85, karbon qazı tullantılarının isə 20 faiz azalmasına səbəb olacaq.
CMA CGM qrupunun qurucusu Jak Saadın adını daşıyan gəminin inşasına 2017-ci ildə başlanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır