"Lənkəran" təchizat-yedək gəmisi - VİDEO
Xəzərdə neft və qaz layihələrinin müvəffəqiyyətlə həyata keçirilməsində ASCO -nun ofşor donanması böyük əhəmiyyət kəsb edir. Bu donanmanın tərkibində 200-dən çox gəmi mövcuddur. Onlardan biri də “Lənkəran” təchizat-yedək gəmisidir.
5 il öncə istismara verilən “Lənkəran” yanacaq, içməli su, qazma məhlulları, quru yük, konteyner, borular və bu kimi digər müxtəlif yükləri qəbul etmək üçün geniş göyərtəyə və böyük həcmli yük tanklarına malikdir.
Gəminin ümumi tutumu 2736, yüksüz subasımı 2179, dedveyti 3000 ton, uzunluğu 67,75, eni 17,20 metrdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır