Gəmi-muzeydə Rəsm qalereyası istifadəyə verilib - VİDEO
“Suraxanı” gəmi-muzeyinin ilk ziyarətçilərini qəbul etməsinin dörd ili münasibətilə Rəsm qalereyası istifadəyə verilib.
Qalereyada gəmiçilik və dənizçilik mövzusuna həsr olunmuş yerli və xarici rəssamlara məxsus 20-dən çox sənət əsəri sərgilənir. Bunlar arasında muzeydə keçirilən müxtəlif layihələr, o cümlədən “Mədəniyyət körpüsü” layihəsi çərçivəsində hazırlanmış əsərlər yer alıb.
Qalereyanın ərsəyə gəlməsində bir çox şəxsin əməyilə yanaşı, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun hərflərin bərpası üzrə rəngsazı Vüsal Məmmədovun xüsusi rolu olub.
Qeyd edək ki, gəmi-muzeyin rəsmi açılışı 2021-ci ilin 1 mart tarixində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə baş tutub. Muzey ilk ziyarətçilərini isə həmin ilin 10 may tarixində qəbul edib.