Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-08,
Seanews
Heyder Eliyev

ADDA-nın “ASCO Techno” komandası olimpiadada iştirak edir - VİDEO

ADDA-nın “ASCO Techno” komandası dünyanın ən böyük robototexnika turniri olan “All Japan Robo Sumo Tournament”də Azərbaycanı təmsil etmək uğrunda mübarizəyə qoşulub.

Komanda üzvləri Arif Kərimli və Daşqın Quliyev bu məqsədlə 9-11 may tarixlərində ADA Universitetində keçiriləcək ölkə çempionatında  –  “AIRO – Azerbaijan International Robotics Olympiad” da öz hazırladıqları sumo robotları ilə güclərini sınayacaqlar.

“Mega-Sumo” kateqoriyasında yarışa qatılan komanda birinci yeri qazanarsa, dekabrda Yaponiyada keçiriləcək “AJRST Grand Final”-a vəsiqə qazanacaq.

“AIRO – Azerbaijan International Robotics Olympiad” beynəlxalq robot olimpiadası Gənclər və İdman Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyinin dəstəyi, ADA Universitetinin ev sahibliyi və “AzeRobot Education”un təşkilatçılığı ilə keçirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır