Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Kağızdan inşa edilən gəmilərlə səfərlərə çıxacağımız günlər çox da uzaqda deyil

Kağızdan nələr hazırlanmır ki!? Belə isə, kağızdan inşa edilən gəmilərə şübhəniz olmamalıdır.

Buckypaper haqqında yəqin ki, eşitmisiniz. Karbon nanoborucuqlarından hazırlanmış bu kağızlar insanın saçından 50.000 dəfə nazikdir.

“Seanews.az”-ın müxtəlif mənbələrdən əldə etdiyi məlumatlara görə,  yüksək elastikliyə malik karbon "kağızı"  - buckypaper ənənəvi gəmiqayırma poladından on dəfə yüngül və 500 dəfə möhkəmdir. Belə kağız gəmiqayırma sənayesinə yaxşı mənada şox şey vəd edir.

Xarici təzyiqə qarşı davamlığana gəldikdə isə, buckypaper almazı iki dəfə üstələyir.  Eyni zamanda, əla elektrik və istilik keçiriciliyinə malikdir.

Mütəxəssislərin fikrincə, belə materialdan tikilmiş gəmi çox yüngül, möhkəm və davamlı olacaq və nəticədə planlaşdırılan kruiz sürətinə nail olmaq üçün daha az yanacaq tələb edəcək.

Hazırda uçan aparatların yaradılması üçün karbon “kağızı”nın istifadəsi texnologiyalarının tədqiqi və inkişafı kifayət qədər aktivdir.

Növbəti sırada həmişə olduğu kimi gəmiqayırma gəlir. Deməli, kağızdan inşa edilən, gövdəsi paslanmaya, çirklənməyə, yanğınlara daha dözümlü olan gəmiləri görəcəyimiz, belə gəmilərlə səfərlərə çıxacağımız günlər çox da uzaqda deyil.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır