Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Qeyri-ənənəvi yanacağa maraq artır

Neftin (və deməli, adi yanacağın) qiyməti artdıqca, gəmiqayırmadaqeyri-ənənəvi yanacaqla işləyən mühərriklərə ehtiyac çoxalır.

“Seanews.az” “korabel.ru”-ya istinadən  xəbər verir ki, mayeləşdirilmiş təbii qaz (LNG) dizel yanacağı ilə müqayisədə xeyli ucuzdur, bu, əsasən, yanacağın xərclərinin azaldılmasından ciddi narahat olan gəmi sahibləri və operatorların ona artan marağı ilə bağlıdır.

Mayeləşdirilmiş təbii qazdan hərəkətverici sistemlərdə istifadənin əlavə üstünlüyü onların ətraf mühitə yüksək uyğunluğudur.

Xüsusilə, LNG mühərrikləri ilə təchiz edilmiş gəmilər dizel yanacağı ilə işləyən gəmilərə nisbətən atmosferə 20-25% az karbon qazı buraxır. Eyni zamanda, azot oksidlərinin emissiyası 92%-ə, kükürd birləşmələri və hissəciklərin emissiyası isə demək olar ki, sıfıra endirilir.  

Bu gün bazar Beynəlxalq Dəniz Təşkilatının (IMO) və təsnifat cəmiyyətlərinin ən ciddi tələblərinə cavab verən yeni nəsil dəniz LNG mühərriklərini təklif edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır