

Dünyanın ən hündürdə yerləşən gölü - FOTO
Titikaka dünyanın ən hündürdə yerləşən gölüdür. 8288 kvadrat km sahəyə malikdir. Cənubi Amerikanın ən böyük şirin sulu gölüdür. Tektonik çatlar nəticəsində əmələ gəlib.
Qərb sahili Peruya, şərq sahili isə Boliviyaya aiddir.
Titikaka gölündə ticarət gəmiləri də üzür. Dəniz səviyyəsindən yüksəkliyi 3810 metrdir. 194 km uzunluğa və 65 km enə malikdir. Orta dərinliyi 140-180 metr, ən dərin yeri 280 metrdir. 25-dən çox çay bu gölə tökülür. Ətrafında yaşayan xalq üçün göldə balıqçılıq əhəmiyyətli bir dolanışıq mənbəyidir.
“Titi” böyük pişik , “kak” isə qaya mənasını verir və tərcüməsi Puma qayasında olaraq başa düşülür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır