Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Bezos və Qeytsin yaxtaları yenidən Bodrum sahillərində - FOTO

Dünyanın ən varlı şəxsləri siyahısında qabaqcıl yerləri tutan Ceff Bezos və Bill Qeytsin yaxtası yenidən Türkiyənin ərazi sularında görünüb.

Belə ki, “Amazon” və “Microsoft” kimi şirkətlərin qurucuları olan mutlimilyarderlərin Kayman adaları bayrağı altında üzən dəbdəbəli gəmiləri Bodrum sahillərində lövbər salıb.

Bezosun 136 metrlik “Flying Fox” yaxtasında 11-i VIP olmaqla, 22 kayut, hovuz, cakuzi, spa, idman və kino zalları, həmçinin helikopter meydançası var.

Qeytsin “Lana” yaxtası isə nisbətən kiçikdir – 107 metr. Buna baxmayaraq, gəmi öz şəraiti və imkanları ilə heç də “Flying Fox”dan geri qalmır.

Qeyd edək ki, hər iki yaxta qısa müddət öncə də Türkiyə sahillərində görülmüşüdü.

Oxu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır