Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

“Titanik” 630 dollara satışa çıxarılacaq

“Lego” şirkəti, “Titanik”in  ən dəqiq nüsxəsini hazırlayıb. Model dəsti faciənin 110-cu ildönümü ərəfəsində buraxılıb.

“Seanews.az”-ın məlumatına görə, 9 min hissədən ibarət “Titanik”in  yığılmış vəziyyətdə uzunluğu 135 və hündürlüyü 44 sm-dir.

Kiçik “Titanik”i üç hissəyə bölmək mümkündür, beləcə salonların, kayut və restoranların, pilləkənlərin, göyərtənin və kapitan körpüsünün interyerini görə bilərsiniz. Maşın şöbəsində mühərriklərin işini simulyasiya edən çıxarıla bilən və fırlanan hissələr var.

“Titanik” gələn aydan  630 dollara satışa çıxarılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır