Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Su üzərində şəhər - FOTOLAR

Meksikanın Venesiyası (“La Venecia Mexicana”) kimi məşhur olan Meskaltitan adası  Sakit okeanın sahilindən 11 kilometr aralıda yerləşir. 

“Seanews.az”-ın məlumatına görə, adanın sakinləri yağışlar mövsümü küçə və kanallar boyunca hərəkət etmək üçün qayıqlardan istifadə edirlər.

Meksikanın Venesiyasının öz kilsəsi, muzeyi, məktəbi, xəstəxanası, dükanları… var. Maraqlıdır ki, 818 nəfərin yaşadığı şəhərdə cinayətkarlıq hadisəsinə rast gəlinmir.

Su üzərindəki şəhərin sakinləri axşamlar kiçik gəmilərdə balıq tutmağa gedir, sübh vaxtı isə geri qayıdırlar.

Hər il iyunun 29-da burada qeyri-adi bir bayram və təmtəraqla bəzədilmiş iki qayığın yarışı təşkil edilir. Qayıqların birində Müqəddəs Pyotrun, digərində isə Müqəddəs Paulun heykəli qoyulur. Bütün digər gəmilər tamaşaçıların ixtiyarına verilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır