



Çayda salınan park yeni simvola çevrilib
Hudson çayında bu yaxınlarda istifadəyə verilən “Little Island Park”ı qısa zamanda müasir Nyu-Yorkun yeni simvollarından birinə çevrilib.
“Seanews.az”-ın məlumatına görə, ümumi sahəsi təxminən 9700 kvadratmet olan “Kiçik ada”nın əsas elementi lalə formalı beton sütunlardır. 132 sütunun hər biri bənzərsiz formaya və fərqli yük qabiliyyətinə malikdir.
“Kiçik ada”da 400 növ bitki və gül, habelə əksəriyyəti həmişəyaşıl olan 100 ağac növü əkilib.
İki körpü ilə materikə bağlı olan bu müasir parkda 700 yerlik amfiteatr, kafe, 200 tamaşaçı üçün kiçik bir səhnə və müşahidə meydançaları da var.
Lalə formalı park memar Tomas Xezervikin layihəsi əsasında inşa edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır