• Bakı, 2021-09-20,
Seanews
Heyder Eliyev

Şimal dənizində sualtı restoran fəaliyyətə başlayıb

Şimal dənizinin sahilində, Norveçin Bali kəndi yaxınlığında sualtı restoran açılıb.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, restoranın möhkəm beton quruluşu 5 metr dərinlikdə suyun altında qalır. Divarlarından biri isə sualtı mənzərəni seyr etmək üçün şüşədən düzəldilib. Obyekt həm restoran kimi, həm də dəniz həyatının incələndiyi bir araşdırma mərkəzi kimi fəaliyyət göstərəcək.

Tikintisi 2018-ci ildə başlanan sualtı restoran ilk qonaqlarını da qəbul edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır