• Bakı, 2021-04-16,
Seanews
Heyder Eliyev

Acgöz balıq - FOTO

Şəkildə aşağıdakı ovlanmış balıq, üstdəki isə haqqında danışacağımız Qara xiazmodon balığıdır.  

Qara xiazmodon (Chiasmodon niger) balığı çox acgözdür, elə acgöz olduğu üçün özündən böyük və ağır ovu uda bilir. Bu qorxunc, iri qarınlı balıq növü Atlantik, Sakit və Hind Okeanlarının tropik və mülayim sularında yaşayır.

Bu balıqlar dərin okean sularının dibində yaşadıqları üçün yeyəcək seçimləri də azdır. Özlərindən daha böyük canlılarla qarınlarını doyuzdurmalarının bir səbəbi də budur.

Qara xiazmodonun mədəsi böyük olur. Özlərindən daha böyük ovları udanda mədə daha da genişlənir. Ovun həzm olunması üçün onun mədəsində xeyli qaz yığılır. Bu qazlar yığıldıqca balıq su üzünə doğru yüksəlməyə başlayır. Bu balıqlar suyun 700-2745 metr dərinliyində yaşadıqlarından su üzünə qalxma prosesi də uzun çəkir.  Səfər zamanı ov yavaş-yavaş həzm edilir. Ov çox böyük olarsa, balığın mədəsi partlayır və beləliklə də ölür. 

Əsasən ovlarını quyruğundan tutub yavaş-yavaş udarlar. Bu günə qədər kəşf edilən ən böyük Qara xiazmodon balığı 25 santimetr uzunluğunda olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır