Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Dünyanın ən dərin nöqtəsindən ən yüksək nöqtəsinədək

Dünyanın ən dərin nöqtəsi

Dünyanın ən dərin nöqtəsi Marian çökəkliyi hesab edilir, okean səthinin təxminən 1 kilometr dərinliyindədir.

 

Dünyanın ən isti yeri

ABŞ-ın Kaliforniya ştatında yerləşən "Ölüm vadisi" milli parkı planetin ən isti yeridir. 1913-cü il iyulun 10-da məhz “Ölüm vadisi”ndə ən yüksək temperatur (56.7 selsi dərəcə)  qeydə alınıb.


Dünyanın ən soyuq yeri

Antarktidada Polar Yaylasının üst hissəsində temperatur mənfi 92.7 ° C-yə düşə bilər.


Ən çox əhalisi olan şəhər

Əhalisinin sayı ən çox olan şəhər Çindədir. Şanxay şəhərinin əhalisi 24 150 000 nəfərdən çoxdur.


Ən az əhalisi olan şəhər

Cəmi 842 vətəndaşı olan Vatikan dünyada ən az əhalisi olan şəhər və ən kiçik dövlət kimi tanınır.


Ən varlı şəhər

Tokio dünyanın ən varlı şəhərlərinin sıyahısında yer alıb.


Ən yoxsul şəhər

Konqo Demokratik Respublikasının Kinşasa şəhəri dünyanın ən yoxsul şəhəri sayılır. Bu şəhərdə əhalinin gündəlik gəliri bir dollardan da aşağıdır.


Ən nəmli yer

Planetimizin ən nəmli yeri  Hindistanın Mausinrama kəndi sayılır. Buraya hər il 11.900 mm yağış alır. Bu kəndə 1985-ci ildə rekord 25.400 mm yağış düşmüşdür.

Ən quraq yer

Planetimizin ən quraq yeri  Çilidəki Atakama səhrasıdır.


Ən günəşli yer

Arizona ştatının Yuma şəhərində günəş gündə ən azı 11 saat ortalama işıq saçır, bu da ildə təxminən 4015 saat günəş işığı deməkdir.


Ən qədim şəhər

Suriyanın paytaxtı Dəməşq dünyanın ən qədim daimi məskunlaşmış şəhəridir. Şəhərin yaşı təqribi olaraq 4000 ildən 10 000 ilə qədər qiymətləndirilir.


Ən gənc dövlət

Cənubi Sudan 2011-ci ildə müstəqil dövlət olaraq tanınıb. Buna görə dünyanın ən gənc dövləti Cənubu Sudan sayılır.


Ən çox ziyarət edilən şəhər

Londonu hər il 18 milyondan çox turist ziyarət edir.

Ən məşhur ölkə

BBC-nin sorğusuna əsasən, bu, Almaniyadır.   


Dünyanın ən təhlükəli şəhəri

San Pedro Sulada (Honduras) gündə ortalama üç qətl baş verir. Bu şəhərin küçələrində yüksək cinayət dərəcəsi narkotik və silah ticarətinin ən böyük mərkəzi olması ilə bağlıdır.


Ən çox "kofein" qəbul edən xalq

İsveçlilər ən çox qəhvə qəbul edən millət olaraq tanınır. Sakinləri hər gün 388 mq kofein qəbul edirlər.


Velosipeddən ən çox  istifadə edən  şəhər

Niderlandın Qroninqen şəhərinin sakinləri nəqliyyat vasitəsi kimi ən çox velosipeddən istifadə edirlər. Əhalinin yarıdan çoxu ikitəkərli nəqliyyata “ən yaxşı nəqliyyat vasitəsi” kimi üstünlük verir.


Ən çox "pişik sevən" ölkə

ABŞ evlərində ev heyvanı kimi yaşayan pişiklərin sayı 76,43 milyona bərabərdir. ABŞ pişiksevər ölkə kimi liderdir.


Dünyanın ən uzunömürlü xalqı

Monakonun vətəndaşları ortalama 87.2 il ömür sürürlər. Bu ölkədə kişilər 85.3 il, qadınlar isə 89 il  yaşayırlar.


Dünyanın ən qısaömürlü xalqı

Sierra Leonun əhalisi (Qərbi Afrikadakı dövlət)  dünyanın ən qısaömürlü xalqı olaraq tanınır. Burada insanlar 47-48 ildən çox yaşamırlar.


Ən firavan ölkə

Dünyanın ən sakit və firavan ölkəsi Norveç hesab edilir.
 
Dünyanın ən yüksək nöqtəsi

Dünyanın ən hündür nöqtəsi Himalay dağlarının Everest zirvəsi hesab edilir. Zirvənin hündürlüyü 8848 metrdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır