Dünyanın ən dərin nöqtəsindən ən yüksək nöqtəsinədək
Dünyanın ən dərin nöqtəsi
Dünyanın ən dərin nöqtəsi Marian çökəkliyi hesab edilir, okean səthinin təxminən 1 kilometr dərinliyindədir.
Dünyanın ən isti yeri
ABŞ-ın Kaliforniya ştatında yerləşən "Ölüm vadisi" milli parkı planetin ən isti yeridir. 1913-cü il iyulun 10-da məhz “Ölüm vadisi”ndə ən yüksək temperatur (56.7 selsi dərəcə) qeydə alınıb.
Dünyanın ən soyuq yeri
Antarktidada Polar Yaylasının üst hissəsində temperatur mənfi 92.7 ° C-yə düşə bilər.
Ən çox əhalisi olan şəhər
Əhalisinin sayı ən çox olan şəhər Çindədir. Şanxay şəhərinin əhalisi 24 150 000 nəfərdən çoxdur.
Ən az əhalisi olan şəhər
Cəmi 842 vətəndaşı olan Vatikan dünyada ən az əhalisi olan şəhər və ən kiçik dövlət kimi tanınır.
Ən varlı şəhər
Tokio dünyanın ən varlı şəhərlərinin sıyahısında yer alıb.
Ən yoxsul şəhər
Konqo Demokratik Respublikasının Kinşasa şəhəri dünyanın ən yoxsul şəhəri sayılır. Bu şəhərdə əhalinin gündəlik gəliri bir dollardan da aşağıdır.
Ən nəmli yer
Planetimizin ən nəmli yeri Hindistanın Mausinrama kəndi sayılır. Buraya hər il 11.900 mm yağış alır. Bu kəndə 1985-ci ildə rekord 25.400 mm yağış düşmüşdür.
Ən quraq yer
Planetimizin ən quraq yeri Çilidəki Atakama səhrasıdır.
Ən günəşli yer
Arizona ştatının Yuma şəhərində günəş gündə ən azı 11 saat ortalama işıq saçır, bu da ildə təxminən 4015 saat günəş işığı deməkdir.
Ən qədim şəhər
Suriyanın paytaxtı Dəməşq dünyanın ən qədim daimi məskunlaşmış şəhəridir. Şəhərin yaşı təqribi olaraq 4000 ildən 10 000 ilə qədər qiymətləndirilir.
Ən gənc dövlət
Cənubi Sudan 2011-ci ildə müstəqil dövlət olaraq tanınıb. Buna görə dünyanın ən gənc dövləti Cənubu Sudan sayılır.
Ən çox ziyarət edilən şəhər
Londonu hər il 18 milyondan çox turist ziyarət edir.
Ən məşhur ölkə
BBC-nin sorğusuna əsasən, bu, Almaniyadır.
Dünyanın ən təhlükəli şəhəri
San Pedro Sulada (Honduras) gündə ortalama üç qətl baş verir. Bu şəhərin küçələrində yüksək cinayət dərəcəsi narkotik və silah ticarətinin ən böyük mərkəzi olması ilə bağlıdır.
Ən çox "kofein" qəbul edən xalq
İsveçlilər ən çox qəhvə qəbul edən millət olaraq tanınır. Sakinləri hər gün 388 mq kofein qəbul edirlər.
Velosipeddən ən çox istifadə edən şəhər
Niderlandın Qroninqen şəhərinin sakinləri nəqliyyat vasitəsi kimi ən çox velosipeddən istifadə edirlər. Əhalinin yarıdan çoxu ikitəkərli nəqliyyata “ən yaxşı nəqliyyat vasitəsi” kimi üstünlük verir.
Ən çox "pişik sevən" ölkə
ABŞ evlərində ev heyvanı kimi yaşayan pişiklərin sayı 76,43 milyona bərabərdir. ABŞ pişiksevər ölkə kimi liderdir.
Dünyanın ən uzunömürlü xalqı
Monakonun vətəndaşları ortalama 87.2 il ömür sürürlər. Bu ölkədə kişilər 85.3 il, qadınlar isə 89 il yaşayırlar.
Dünyanın ən qısaömürlü xalqı
Sierra Leonun əhalisi (Qərbi Afrikadakı dövlət) dünyanın ən qısaömürlü xalqı olaraq tanınır. Burada insanlar 47-48 ildən çox yaşamırlar.
Ən firavan ölkə
Dünyanın ən sakit və firavan ölkəsi Norveç hesab edilir.
Dünyanın ən yüksək nöqtəsi
Dünyanın ən hündür nöqtəsi Himalay dağlarının Everest zirvəsi hesab edilir. Zirvənin hündürlüyü 8848 metrdir.