Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Çinə məxsus sualtı qayıq dünyanın ən dərin çökəkliyinə enərək rekorda imza atıb

Çinin yeni “Fendouzhe” adlı insanlı sualtı qayığı dünyanın ən dərin nöqtəsi sayılan Marian çökəkliyinə enib.  

“Seanews.az” xəbər verir ki, bu barədə Çin Elm Akademiyasına bağlı Sualtı Elm və Mühəndislik İnstitutu məlumat yayıb.

Bildirilib ki, sualtı qayıq 10 noyabr tarixində 10909 metrlik dərinliyə enərək bu sahədə yeni rekorda imza atıb.

“Fendouzhe” dərin dənizdə araşdırma aparmaq məqsədilə istehsal edilən və üç sərnişin daşımaq imkanına malik sualtı qayıqdır. Elektrikli vasitə su altında təxminən 10 saat işləyə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır