Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Avropada dünyanın ən uzun sualtı tuneli inşa ediləcək

Danimarka ilə Almaniya arasında Baltik dənizinin altından sualtı tunel çəkiləcək. Yeni tunel Lolland (Danimarka) və Fehmarn (Almaniya) adalarını birləşdirəcək. 

“Seanews.az” xəbər verir ki, 18 km uzunluğa malik bu tikili planetin ən uzun sualtı tuneli olacaq. 

Tunel təxminən 16 metr dərinlikdə və 60 metr enində əvvəlcədən qazılmış xəndəyə batırılacaq beton hissələrdən inşa ediləcək. Ümumilikdə, tunel hər biri 73 min ton ağırlığı olan 79 elementdən ibarət olacaq.

Bölmələrin istehsalı üçün Danimarkada ümumi sahəsi 200 futbol sahəsinə bərabər yeni zavod inşa edilir. Tunelin ilk hissələrinin 2023-cü ildə istehsal ediləcəyi gözlənilir.

Tunelin içərisində iki zolaqlı elektrik dəmiryolu və dörd zolaqlı magistral yolun inşası planlaşdırılır. 

Tunelin xüsusiyyətlərindən biri də onun uzunluğu boyu quraşdırılmış havalandırma sistemidir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır