Türkiyəli müəllim dənizin dərinliklərində Türkiyə və Azərbaycan bayraqları açdı - FOTOLAR
Bartın Köksal Toptan Anadolu Liseyinin müəllimi Mustafa Aydınhan Bartının Kurucaşilə kəndində Türkiyə və Azərbaycan bayraqları ilə dənizin dərinliklərinə enib.
"Seanews.az" xəbər verir ki, 52 yaşlı müəllimin bu dalğıc əməliyyatı sosial mediada böyük marağa səbəb olub.
O, bu addımı Türkiyə Cümhuriyyətinin yaradılmasının 97-ci ildönümünü qeyd etmək və işğal altındakı torpaqlarının azadlığı uğrunda Ermənistana qarşı mübarizə tapan Azərbaycana dəstək üçün atdığını bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır