Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Yelkənli quru idmanı

“Yelkənli quru idmanı”... Qəribə səslənsə də   20-ci əsrin ortalarında yaranmış bu idman növü “Qum yaxtinqi” adı ilə də tanınırdı.  İlk olaraq nəqliyyat vasitəsi və gəzinti üçün nəzərdə tutulan bu idman növü üzrə  ötən əsrin 50-ci illərindən yarışlar keçirilir.  

Nəqliyyat vasitəsi kimi fəaliyyət göstərdiyi dövrdə o yelkənli furqon adlanırdı. Üç və ya dörd təkərlə hərəkət edən yelkənli mexanizm  içində oturaraq və ya uzanaraq xüsusi pedallarla idarə olunurdu.  

 
Yarışlar əsasən küləkli dağlıq ərazilərdə,  çimərliklərdə, qurumuş göllərdə və səhralıq yerlərdə keçirilirdi. Dənizdə olan zaman külək bəzən təhlükə yaratsa da, quruda idmançılar bu təhlükədən sığortalı idilər.

Sözügedən vasitənin tarixi çox qədim zamanlara gedib çıxır. Bu barədə e.ə. 552-554-cü illərə təsadüf edən Çin yazılarında rast gəlinir. Daha sonra quru yelkənli vasitənin adı avropalı səyahətçilərin 16-cı əsrdəki yazılarında çəkilir.       

İlk mükəmməl quru yelkənli vasitə 1600-cü ildə flamanlı alim Saymon Stiven tərəfindən şahzadə Moris Oranskinin sifarişi ilə hazırlanıb. Saymonun sxemi əsasında Fransada, Belçikada, Misirdə və bir sıra başqa ökələrdə quru yelkənli vasitələr hazırlandı.  Digər ölkələrdən fərqli olaraq Amerikada bu vasitədən yük daşıma üçün istifadə olunurdu.


Keçən əsrin altmışıncı illərində istifadə olunan üçtəkərli quru yelkənli vasitə poliesterdən, fiberşüşədən və metaldan hazırlanırdı.

1967-ci ildə Fransa legionunun zabiti Saxara səhrasında yarış təşkil edir. Yeddi ölkədən yığılmış komandalar Əlcəzair-Mərakeş-Mavritaniya marşrutu üzrə 2700 kilometrlik məsafə qət edirlər.

 

2012-ci ildə NASA alimi Ceffri Lendis Mars və Venera planetlərində tədqiqat işləri aparmaq üçün bu vasitədən istifadə etməyi təklif edir. Təklif qəbul ediləndən sonra alim 2017-ci ildə “Zefir” adlı aparatın sxemini ictimaiyyətə təqdim edir.

Tərcümə: İlqar Quliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır