Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Qalapaqos adaları - FOTOLAR

Nəhəng tısbağalar! Əfsanəvi əjdahalara bənzər dəniz kərtənkələləri!

Bu hələ Qalapaqos arxipelaqının - Sakit okeanda digər quru ərazilərdən tamamilə uzaqda yerləşən kiçik adalar qrupunun heyranedici görüntülərindən yalnız bir neçəsidir!  

Qalapaqos adaları Cənubi Amerikanın qərb sahillərindən minlərlə km uzaqda Sakit okeanda yerləşən 16 böyük və yüzlərlə kiçik adalar qrupudur. Qalapaqos adaları sönmüş və aktiv vulkanların su üzərinə çıxmış hissələridir. Adaların səthi nadir bitkilərlə zəngin daşlıqlardan ibarətdir. Burada, həmçinin dünyanın başqa heç bir yerində təsadüf olunmayan heyvanlar da yaşayır. Onların ən böyüyü - nəhəng fil tısbağasıdır. Yeri gəlmişkən, ispan dilində “qalapaqos”- tısbağa deməkdir.

Sahəsi 4588 kv.km olan İzabella Qalapaqos arxipelaqının ən geniş adasıdır. Adaların mərkəzi-qərb sahillərində, Darvin və Alsedo vulkanları arasında yerləşən Urbina körfəzi nəhəng rəngarəng iquanaların, pinqvinlərin və ən iri tısbağaların məskənidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır