Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Unikal dəniz platforması "Draugen" - FOTOLAR

Norveçin karbohidrogen ehtiyatları yalnız dənizdə – Şimal və Barens dənizlərinin şelflərində yerləşir. Üstəlik bu yerlərin çox sərt iqlim şəraiti var. Buna görə də həmin ehtiyatların hasil edilməsi üçün Norveçdə unikal dəniz platformaları tikilir. Onlardan biri də Draugen neft platformasıdır.

"Seanews.az" xəbər verir ki, 62-ci paraleldən yuxarıda yerləşdirilmiş ilk platforma olan Draugen 1993-cü ildən Şimal dənizində fəaliyyət göstərir. Onu mühəndis təfəkkürünün möcüzəsi adlandırmaq olar: hündürlüyü 280 metr olan çoxmərtəbəli platforma bir “ayaq” istündə dayanıb. “Ayağın” 250 metri sudadır. Draugen Niderland-Britaniya şirkəti Royal Dutch Shell tərəfindən istismar olunur.

Platformanın geniş beton dayaqlı orijinal konstruksiyası bu rayonda tez-tez baş verən qasırğalara görə düşünülüb. Bütün çıxarılan neft suyun altında, konstruksiyanın “ayağının” lap aşağısında yerləşdirilmiş sisternlərdə saxlanılır. Vaxtaşırı tankerlər platformadan, təxminən, 3 km aralıda yerləşən neft terminalına yan alır və sisternlərdən neft boşaldılır. Hasil olunan qaz isə sualtı qaz kəmərləri ilə sahil stansiyasına vurulur.

Təhlükəsizlik məqsədilə platformanın ətrafında 2x2 km ərazi gəmiçilik üçün qadağan zonası elan olunub.

İlkin planlara görə, Draugen 2010-cu ildə bağlanmalı – üst hissəsi tam sökülməli, “ayağı” isə qismən sökülməli, qalan hissəsi hermetikləşdirilib, özünəməxsus korall rifinə çevrilməli idi. Lakin çıxarıla bilən ehtiyatların 2 dəfə artması ilə əlaqədar platformanın istismar müddəti uzadılmışdır.

Hazırda platformada çalışan 70 nəfərlik heyət sutkada 80 min barrelə yaxın neft hasilatını fasiləsiz təmin edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır