Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Bu adalarda yalnız COVID-19-dan sağalanlar istirahət edə bilərlər

Braziliyaya məxsus Fernando de Noronya adaları bu il aprelin əvvəlindən ətraf aləmdən təcrid olunmuş vəziyyətə son qoyaraq sentyabrın 1-dən turistlər üçün yenidən açılır. Lakin buraya gəlmək istəyənlər COVID-19 virusuna yoluxub sağaldıqlarına dair sənəd təqdim etməlidirlər.

“Report” adaları təşkil edən inzibati dairənin saytına istinadən xəbər verir ki, Atlantik okeanında yerləşən bu səfalı adalarda istirahət etmək üçün COVID-19 testinin müsbət nəticəsi və keçirilmiş xəstəliyə dair rəsmi arayış təqdim olunmalıdır. Həm də adi sürətli test işə yaramır, yalnız G sinif anticisimlərə əsaslanan seroloji analiz və PCR diaqnostikasının rəyi qəbul edilir.

Adaların məxsus olduğu Pernambuko ştatının dövlət səhiyyə katibi Andre Lunqo bu barədə deyib: “Noronya COVID-19 epidemiyasına nəzarət baxımından uğurlu nümunədir. Burada artıq neçə vaxtdır daxili yoluxma halları qeydə alınmır. Bu vəziyyəti qoruyub saxlamalıyıq”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır