Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

İyul-noyabr aylarında göy qurşağının bütün rənglərinə boyanan çay - FOTO

“Dünyada ən gözəl çay,” “5 rəngli çay” və ya “Cənnətə doğru irəliləyən çay” adlandırılan Kristal kanalı ( Caño Cristales-Crystal Channel) Kolumbiyada yerləşir. Mənbəyini Makarena dağlarının cənub hissəsindən götürür, sonra şərqə doğru axıb Quayabero çayına tökülür.

İlin çox hissəsində adi çaylardan fərqlənmir. Digər çaylar kimi yaşıl yosunlarla örtülü daşları və masmavi suları var. 

İyul-noyabr aylarında isə hər şey dəyişir. Çünki bu dövrdə “Macarenia clavigera” adlanan yosunlar vasitəsilə çay, göy qurşağının demək olar ki, bütün rənglərinə sarı, yaşıl, mavi və xüsusilə qırmızı rənginə boyanır. 

Kolumbiyanın yağışlı zamanlarında, çay sürətlə axar və səthinin dərinliyi görülməz vəziyyətə gələr. Beləcə yosunlar lazım olan günəş işığını ala bilməz. Quraq mövsümdə isə çayda yosunları bəsləyəcək qədər su olmaz. Çayın gözəlliyi  yağışlı və quraq dövr arasında meydana gəlir. Eni 20 metr, uzunluğu isə 100 kilometrdir. Amazon çayının dərinliklərinə doğru irəliləyən bu çayın bəlkədə daha gözəl yerləri vardır. Çayın həmçinin çoxlu şəlaləri də var. “Nəhəngin Çaydanı” adlanan çınqıl daşların və sərt qayaların yaratdığı balaca dairəvi çuxurlara demək olar ki, çay yatağının hər yerində rast gəlmək mümkündür. Kristal kanalının yaxınlığına gedən bir yol yoxdur. Buna görə də ora giriş atla və ya katerlə mümkündür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır