Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Meduzalar əzələlərini sürətlə yığıb-açmaqla sualtı axınlarda hərəkət edə bilirlər

Meduzalar – planetimizin dəniz və okeanlarının qeyri-adi və heyrətamiz dərəcədə gözəl sakinləridir. Onlar insanlar üçün təhlükəli olsalar da, tədqiqatçılar hər zaman bu dəniz heyvanlarını öyrənməyə çalışmışlar. Meduzalar Yer kürəsinin ən qədim sakinlərindən biridirlər. Onları tam tədqiq etmək hələ mümkün olmamışdır. Çünki bəzi meduza növləri dəniz və okeanların çox dərin yerlərində yaşayırlar. Yaponiya və Çin kimi ölkələrdə meduzalardan qida vasitəsi kimi də istifadə edirlər.

Bu zərif varlıqların bədənlərinin şəffaflığı insanı məftun edir. Amma meduzalara toxunmağa tələsmək lazım deyil. Aralıq dənizində yaşayan meduzalara toxunduqda onlar insan bədənini “yandırırlar”. Buna görə də onları “dəniz gicitkəni” adlandırırlar.

Meduzalar “buynuzları” vasitəsilə ov edirlər. Aureliya – meduzaların ən çox yayılmış növüdür. Onlar bellərindəki halqaşəkilli cizgilərlə digərlərindən seçilirlər. “Chrysaora” meduzaları formaca göbələyə bənzəyirlər. “Papaqlarındakı” şüaşəkilli xətlərə görə onları “kompasşəkilli meduza” da adlandırırlar. Meduzaların orqanizmlərinin 98 faizi mayedən ibarətdir. Bu, ona yüksək təzyiqə davam gətirməyə kömək edir. Meduzalar sualtı axınlarda hərəkət edirlər. Lakin əzələlərini sürətlə yığıb-açmaqla özləri də suda hərəkət edə bilirlər. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır