Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-17,
Seanews
Heyder Eliyev

Çar Rusiyası dövründə ilk buzqıran gəmi necə inşa olunub?

Əsrlər boyu şiddətli qış şimal limanlarının sularında hökm sürür, yarım ilə yaxın müddət ərzində gəmilər üçün əlçatmaz vəziyyət yaşanır. Lakin XIX əsrdə bu vəziyyətdən çıxış yolu tapıldı. Rusiyada həvəskar mühəndis, sənayeçi, tacir və gəmi sahibi Mixail Britnev uğura imza atdı.

"Seanews.az" xəbər verir ki, Mixail Britnev 1822-ci ildə Kronstadtda tacir ailəsində anadan olub. Sankt-Peterburqdakı ticarət məktəbini bitirəndən sonra gəmiqayırma işini öyrənmək üçün İngiltərəyə gedir. Vətəninə qayıdan Britnev tezliklə gəmiqayırma işinə başladı. Bir neçə gəmisini inşa edərək, 1862-ci ildə Kronstadt-Oranienbaum müntəzəm marşrutunu açır. Qışda Kotlin adası ətrafında dəniz donub qaldıqda, naviqasiya dayandırılır və təchizat buz üzərində aparılır.

Kronstadt hərbi mühəndisi Nikolay Eyler "Opıt" zirehli silah gəmisinin yenidən təchiz olunmasını nəzərdə tutan layihəni təklif edir. Buzu qırmaq üçün gəminin göyərtəsinə bir neçə metr hündürlükdən 40 kiloqramlıq çuqun atmaq üçün on ədəd kran quraşdırılır. Daha sonra gəminin burun hissəsini  möhkəmləndirirlər. Gəminin suya toxunan hissəsinə çox möhkəm buz qatlarını qırmaq üçün minalar bərkidilir.

Amma Mixail Birtnev alternativ üsul fikirləşmişdi. O, İngiltərədən alınmış “Pilot” adlı yedək gəmisinin burun hissəsinin suya toxunan tərəfini 20 dərəcə diaqonal formada kəsir. 1864-cü il aprelin 22-də “Pilot” gəmisi fin körfəzinə çıxır və suda tamamilə yeni üzüş üsulu nümayiş etdirir. 60 at gücünə bərabər buxar maşını ilə hərəkət edən “Pilot” gəmisi buz qatlarını öz ağırlığı hesabına qırır.

Nikolay Eylerin “Opıt” gəmisi daha güclü olmasına baxmayaraq onun dənizə çıxması uğursuzluqla nəticələndi. “Pilot” gəmisinin uğurlu sınağı Britnevi daha 2 bu tipli – “Buy” və “Boy” gəmilərinin inşasına həvəsləndirir. Tezliklə Britnevin sxemləri əsasında Rusiyada və digər ölkələrdə daha güclü buzqıran gəmilərin inşasına start verilir. 

Tərcümə etdi: İlqar Quliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır