Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Ən kiçik adada 11 ilə tikilən mayak

Bişop Rok (Bishop Rock)   dünyanın ən kiçik adasıdır. Böyük Britaniyanın cənub-qərbindəki Silli arxipelaqında yerləşən ada cəmi bir binadan, “mayak qüllə” dən ibarətdir. Bu qayanı ada adlandırmaq çətin olsa da,rəsmi belə qəbul olunub. 

"Seanews.az" xəbər verir ki, qayanın üzərində hündürlüyü 45 metrlik mayakın tikintisinə 1847-ci ildə mühəndis C. Voker tərəfindən başlanılıb və 1858-ci ildə tamamlanıb.

Təxminən 1861-ci ildə Britaniya qanunlarına əsasən ada qeydə alınıb. Adanın ölçüləri: 46 x 16 metrdir. Mayak qüllənin yuxarı hissəsində vertolyotların enmə meydançası da qurulub.

Bişop Rok bəşəriyyət tarixindəki ən çətin inşa olunan obyekt hesab edilir. Çünkü Silli adaları ətrafındakı sular Böyük Britaniya dənizlərinin ən təhlükəli yerləri sayılır. Bu yerlərdə gəmi qəzalarına dair çox sayda məlumat var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır