Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

Avstraliyanın “Böyük Sədd rifi” sahillərində minlərlə su tısbağası özlərinə sığınacaq qurub

Avstraliyanın “Böyük Sədd rif”inin sahillərində 60 mindən çox tısbağa yuva qurub.

"Seanews.az" xəbər verir ki, Kvinslend hökumətinin Ətraf mühit və elm departamentinin mütəxəssisləri Reyn adasında nəsli kəsilməkdə olan yaşıl tısbağaların videosunu çəkmək məqsədilə dronlardan istifadə ediblər.

Alimlər nəsli kəsilməkdə olan növlərin artma səviyyəsindən narazı olduqlarını bildiriblər. 

Yaşıl tısbağaların nəslinin kəsilməsi onların balıq torlarına düşməsi, kiçik qayıqlarla toqquşması və ya dənizdə olan plastik tullantılarla qidalanması kimi mövcud səbəblərlə sıx bağlıdır.

Kvinslend alimləri yaşıl tısbağaların nəslinin artırılması üçün yeni proqram üzərində işləyirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır