Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Dəniz quldurları bir vaxtlar o qədər qüdrətli olublar ki, hətta özlərinin dövlətini yaradıblar

Deyilənə görə, hətta qədim Yunan və Roma gəmiləri də Egey və Aralıq dənizlərində dəniz quldurlarının hücumuna məruz qalıb. Belə isə, dəniz piratlığı nə vaxt yaranıb?  Yaşını dəqiq söyləmək mümkün olmasa da, rəqəmlərin minillərlə ölçüləcəyinə şübhə yoxdur. 

Piratlığın ən geniş yayıldığı dövr 1300-1800-cü illərə təsadüf edir. Şimali Afrikanın Mərakeş, Əlcəzair, Tunis və Liviya kimi ölkələrin limanlarında məskən salan dəniz quldurları Aralıq dənizində üzən Avropa gəmilərini qarət edir, sərnişinləri, dənizçiləri əsir götürərək ya qul bazarlarında satır, ya da əvəzində yaxınlarından pul alanadək saxlayırdılar.

Piratlar bir vaxtlar o qədər qüdrətli olublar ki, hətta indiki Türkiyə ərazisində özlərinin dövlətini yaradıblar. Onları darmadağın etmək üçün romalılar eramızdan əvvəl 67-ci ildə xüsusi ekspedisiya təşkil etməli olublar.

Piratların dənizlərdə ağalığı 1830-cu ilə – Əlcəzairin Fransızlar tərəfindən istilasınadək davam edib. Sonralar ingilis və fransız donanmalarının güclənməsi ilə dəniz quldurlarının hökmranlığına son qoyulub.

O zaman piratlara həm də bukanir deyirdilər. Bu ad XVI əsrin sonları XVII əsrin əvvəllərində İspaniyada fəaliyyət göstərən dəniz quldurlarına aid edilib.

Bukanirlər adi dənizçilər, müxtəlif ölkələrdən qaçqın düşən insanlar idi. Onlar Şərqi Hindistanın ada və limanlarında yığışırdılar. Bu adamlar vəhşi heyvanları ovlayır, onları “bukan“ adlanan xüsusi qurğularda hisə verir, sonra ya dənizçilərə , ya da tacirlərə satırdılar. Bukanirlərin adı da elə ordan yaranıb.

Dəniz quldurları tez-tez qarət etdikləri qızıl-gümüşü, daş qaşı müxtəlif yerlərdə gizlədir və bu xəzinələrin yerini kimsəyə söyləmirdilər. Belə isə, quldurların ayaqları dəydiyi bir çox ərazilərdə hələ aşkarlanmamış xəzinələrin mövcudluğuna niyə şübhə ilə yanaşasan? Məsələn, Amerikanın Florida və Texas sahillərində buna inananlar hələ də az deyil.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır