Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Baham adaları iyulun 1-dən turistləri qəbul etməyə başlayacaq

Baham adaları iyulun 1-dən etibarən xarici turistləri qəbul etməyə başlayacaq.

AZƏRTAC “Travel and Leisure” nəşrinə istinadla xəbər verir ki, ada ölkəsi iyunun 15-dən başlayaraq, şəxsi təyyarə və yaxtalarla gələn səyahətçiləri qəbul edəcək.

Ölkənin Turizm və Aviasiya Nazirliyindən bildirilib ki, aeroportlarda və dəniz limanlarında səyahətçilərin hərarəti ölçüləcək, həmçinin onlar taksilərdə və insanların sıx olduğu yerlərdə maska taxmalı və sosial distansiya saxlamalı olacaqlar.

Eyni zamanda, plyajlarda şezlonqlar bir-birindən iki metr aralı yerləşdiriləcək. Otel nömrələri və ictimai obyektlər dezinfeksiyaedici məhlullarla yuyulacaq. Otellərin ərazisində əllər üçün təmizləyici vasitələr qoyulacaq və bakteriya əleyhinə salfetlər paylanacaq, liftə minən turistlərin sayı məhdudlaşdırılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır