Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

İllər əvvəl tərk edilən döyüş gəmisinin FOTOLARI

Niderlandlı fotoqraf Bob Busen Fransanın Tulon şəhərində yerləşən bir hərbi gəmi qəbiristanlığına gizlicə daxil olaraq maraqlı fotolar çəkib.

Fotolar arasında İkinci Dünya Müharibəsindəki gəmilər də yer alıb.

Ölkələrin müdafiəsində mühüm yer tutan hərbi gəmilər ya sökülür, ya da gəmi qəbiristanlıqlarına göndərilir. Səlahiyyət müddəti başa çatdıqdan sonra isə çox vaxt tərk edilirlər. Dünyanın müxtəlif nöqtələrində olan bu gəmi qəbiristanlıqları xüsusilə, fotoqrafları cəlb edir.

Təxminən 10 ildir gəmi qəbiristanlıqlarını gəzən və bu nəhəng qırıntıların fotolarını çəkən hollandiyalı fotoqraf və şəhər tədqiqatçısı Bob Busen yutub kanalında bənzərsiz qəzaya uğramış gəmi fotolarını yayımlayır. Tərk edilən binaları, təyyarələri və bir çox yerləri kadra alan Busen köhnə dizaynların misilsiz gözəlliyini ortaya qoyur.



Busen bu qəbiristanlıqda ən yaxşı gəminin “Füze kruvazörü Colbert” olduğunu deyib. 1942-ci ildə Fransanın Tulon şəhərində sahilə yanaşan “Füze kruvazörü Colbert”in istifadə müddəti bitdikdən sonra əvvəlcə muzey olaraq istifadə edilməsi təklifi irəli srürülüb. Lakin təmir xərcləri çox olduğu üçün bu plandan daşınılıb. Daha sonra isə gəmi qəbiristanlığında tərk edilib.
















Publika.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır