CMS-in ofisində xeyriyyə məqsədilə bişmiş/şirniyyat yarmarkası təşkil olunub
Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il ərəfəsində "Caspian Marine Services" şirkətinin ofisində bişmiş/şirniyyat yarmarkası keçirilib.
Yarmarkada ofisin xanım əməkdaşlarının hazırladığı məhsullar satışa çıxarılıb. Satışdan əldə edilən vəsait ehtiyacı olan ailələr üçün edilən bayram bazarlığı fonduna əlavə olunacaq.
Yarmarka əməkdaşlar arasında böyük maraqla qarşılanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır