9 ildir limanda sahibini gözləyən vəfalı dost - FOTOLAR
Yaponiyada sahibini illərdir gözləyən, hətta filmlərə mövzu olan Hatiko adlı itin hekayəsinə bənzər hadisə hazırda Krımda yaşanır. 9 ildir Krımın Yalta şəhərində yerləşən limanda bir it ölmüş sahibini gözləyir.
Krım Tatar xalqı itə "Muxtar" adını verib. O, sahildən heç vaxt uzaqlaşmır, gecə-gündüz ərazini qoruyur. Bir neçə dəfə itə sahiblənmək istəyənlər olsa da, o, getdiyi evdən geri dönüb, dənizi və gəmiləri seyr etməyə davam edib.
Artıq Yalta sakinləri 14 yaşlı itin hekayəsini bilir və Muxtarın Yaltanın simvoluna çevrildiyini bildirirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır