Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-17,
Seanews
Heyder Eliyev

Dünyanın batmış ən maraqlı gəmisi - FOTO

Dünyadakı okean yataqlarında 3 milyona yaxın batmış gəmi var. Ontario gölünün yatağındakı batmış gəmi isə digərlərinə heç bənzəmir.

Tərtəmiz sulardan bir neçə metr aşağıda yerləşən bu qalıqlar XIX əsrdə fəaliyyətdə olan "Sweepstakes" gəmisinə aiddir. Bu gəmi 1885-ci ildə batıb. Ancaq bu gün də "Fathom Five" milli parkında dalğıcların və turistlərin böyük marağını çəkir.

Qeyd edək ki, "Sweepstakes" gəmisi 1867-ci ildə Ontarioda inşa edilib. Gəminin batmasına səbəb 1885-ci ildə "Cove" adasına kömür daşıyarkən gəminin böyük zədə alması olub.

Hazırda gəminin gövdəsinə Kanada Milli Parklar Müdirliyi tərəfindən metal çubuqlar yerləşdirilib. Bununla yanaşı ,dalğıcların gəminin içərisinə girməsinin qarşısını almaq üçün ətrafına tel hörgü çəkilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır