Gəmi-hotelə maraq böyükdür
Türkiyənin Bursa şəhərində yerləşən gəmi-hotelə maraq artır.
Bu barədə gəmi-hotelin satış meneceri Nurcan Yılmaz məlumat verib. O bildirib ki, hotelə dünyanın dörd bir yanından qonaq gəlir.
1961-ci ildə İngiltərədən alınan və 2000-ci ilə qədər İstanbul adalar arasında istismar edilən gəmi 2006-cı ildə təmirə dayanıb. İki illik təmirdən sonra gəmi hotel kimi fəaliyyətə başlayıb.
Uzunluğu 46, eni 11 metr olan bu unikal gəmi-hotel hazırda 20 otaqla dünyanın müxtəlif yerlərindən gələn turistlərə xidmət göstərir.
Qeyd edək ki, dünyada cəmi üç gəmi-hotel mövcuddur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır