Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Kruiz gəmisi ilə gələn turistləri folklor və rəqs qrupu qarşılayıb

Hollandiya bayraqlı "Koningsdam" kruiz gəmisi ilə Türkiyənin Aydın vilayətinin Kuşadası qəsəbəsinə 3 100 turist gəlib.

"Seanews.az" xəbər verir ki, dünən Ege Port limanında lövbər salan gəmini folklar və rəqs qrupu qarşılayıb. 

Əksəriyyəti amerikalı olan turistlərin bir hissəsi avtobuslarla İzmir vilayətinin Səlçuk qəsəbəsindəki Efes antik şəhəri və Meryəm ana evini ziyarət edib. Qalan turistlər və gəmi heyəti isə şəhər mərkəzini gəzib. 

296 metr uzunluğu, 38 metr eni və 99 min 500 groston çəkisi olan gəminin 1200 nəfər heyəti var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır