Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-20,
Seanews
Heyder Eliyev

a dənizdə köpəkbalığının nadir növü tapı

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyinin ekspertləri Qara dənizdə nadir köpəkbalığı növü hesab olunan katran tapıblar. Dəniz məməlisinin uzunluğu 1,5 metrdən çoxdur. Baxmayaraq ki, əksər köpəkbalığı cinsində erkək katranın uzunluğu 90 santimetr, dişi katranın uzunluğu isə 105 santimetr olub. Qara Dənizdə Balıqçılıq Departamentinin rəhbəri Arçil Quçmanidze deyib ki, mütəxəssislərin fikrincə bu növ köpəkbalığının adı “Qırmızı kitab”a daxil olunmalıdır. Ona görə ki, köpəkbalığının bu növünə artıq nadir hallarda rast gəlinir. Balıqçılar katranın şəkilini çəkdikdən sonra onu yenidən dənizə buraxıblar. Bildirilir ki, katran köpəkbalığı insanlar üçün təhlükəli deyil. Onların insanlara hücum etməsi ilə bağlı hələ heç bir fakta rast gəlinməyib. A.Quçmanidzenin sözlərinə görə, hazırda Qara dənizdə 2 min 500-dək heyvan növü var. Onlardan 500 növü bir hüceyrəlilər, 160 növü onurğalılar, 500-ü xərçəngkimilər, 200-ü molyusklar sinfinə aiddir. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır