Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-20,
Seanews
Heyder Eliyev

obada cəmi bircə şagird var, o da məktəbə qayıqla g

Bərdə rayonunda müvəqqəti məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün 13 yaşlı Əli  Hümbətov məktəbə getmək üçün hər gün təxminən 5 km aralıda yerləşən Zərdab rayonuna üz tutur. Məktəb yolunun bir hissəsi  Kür çayından keçir. O, 5 ildir Kür çayını qayıqla keçərək Zərdab rayonunun Miqdar Umudov adına Xasa kənd orta məktəbinə gedir. Bu illər ərzində havanın isti və ya soyuq olmasına baxmayaraq, çalışıb ki, dərsdən qalmasın. Ancaq hava küləkli olanda Kür çayı keçilməz olur. Belə hava şəraitində Əli məcburən dərsdən qalsa da, sinif yoldaşları və müəllimləri keçmədiyi dərsləri öyrənməkdə ona kömək edirlər. Səhər saat 7 də evdən çıxan 5-ci sinif şagirdi bir saat sonra, saat 8 də məktəbdə olur. Məsafə uzun olsa da, dərsə gecikmir. Əksinə hamıdan tez məktəbə gəlir. Dərslərini yaxşı oxuyan Əli əlaçıdır. O, gələcəkdə polis olmaq istəyir. Qeyd edək ki, Baba meşə ərazisi Bərdə rayonunun ən ucqar yaşayış məntəqəsindən təxminən 25 km  aralıda yerləşir.  Oxu.az  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır