Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-01,
Seanews
Heyder Eliyev

Dənizlər kraliçası”, kanallar və körpülər şəh

Bu şəhərdə addımbaşı kiməsə yol vermək üçün kənara çəkilməli olursan. Yollar dar, turist çox… 118 adadan ibarət Venesiya… İtaliyanın şimal-şərqində olan Venesiya dünyanın ən gözəl şəhərlərindəndir. Adına “Dənizlər kraliçası”, kanallar, körpülər şəhəri də deyilir. 170 kanalı, 400-ə yaxın körpüsü var.  Küçələrində gəzəndə qulağına uzaqdan, həzin meh kimi Vivaldinin 4 fəslinin (italyanca: Le quattro stagioni) sədası gəlir. Belə də olmalıdır, çünki Vivaldinin şəhəridir. Deyilənə görə o, Venesiyadakı kilsələrin birində 35 il musiqi dərsi verib.  Gəzib-görməli yerlərin başında San-Marko meydanı gəlir. Turistlərin qaynadığı, göyərçinlərin uçuşduğu gözəl bir məkandır. Məşhur “San Marko Bazilikası” da bu meydandadır.  Getmişkən müqəddəs Mark kilsəsinə də baş çəkin. Venesiyanın ən gözəl memarlıq abidəsi sayılır. Görülməsi gərəkən daha bir yer də 170 kanalın ən böyüyüdür. “Böyük kanal” deyirlər. Üzərində 3 körpü var. Ən məşhuru “Riyalto”dur. Uzunluğu 3 km, eni 50 metrdir. “Peggy Guggenhein” muzeyini də unutmayın. İçində möhtəşəm əsərlər var. Muzeyə, sənətə marağı olanlar mütləq gedib görsünlər. Vaxtınız qalsa, Venesiyanın ətrafındakı adaları da görün. Bunların içində Murano, Burano, Tirçello çox gözəldir. Rəngarəng evlərin, kiçik kanalların və körpülərin olduğu bu qəsəbələrin sakinləri şüşədən bəzək əşyaları düzəldirlər.  Səyahətçilər Venesiyaya getmənin ən yaxşı vaxtının yaz və payız olduğunu deyirlər. Xüsusən də mayı tövsiyyə edirlər.  Sentyabr-oktyabr aylarını da məsləhət görən səyyahlar var. Deyirlər, həmin aylarda turistlərin ayağı şəhərdən kəsilir, sakitlik, hüzur çökür. Qışı isə məsləhət görmürlər. Soyuq və yağışlı olduğunu deyirlər. Venesiya həm də karnavalı ilə məşhurdur. Karnaval fevral-mart aylarında keçirilir.  Getmək istəyən mütləq əvvəlcədən dəqiqləşdirməlidir. Karnaval zamanı küçələrdə dolaşmaq çox zövqlüdür. İnsanlar müxtəlif maraqlı geyimlərdə, maskalarda olurlar.  Venesiyanın mərkəzində otellər çox baha olur.  Ona görə də mərkəzdən bir az kənardakı “Mestre” bölgəsində qala bilərsiniz. Buradakı qiymətlər mərkəzdən ikiqat ucuzdur. “Mestre”dən mərkəzə “Water bus” (su avtobusları) ilə gəlmək olur.  Mərkəzdə isə adətən bahalı, günü 100-300 avrodan başlayan otellərdir. Əksəriyyəti saraylarda yerləşir. Düz kanalın dibində, mənzərəli yerlərdə. Təbii səyahətçidə nə gəzir o qədər pul?! Şəhərin abu-havası qaynardır. Addımbaşı kimsə səndən şəklini çəkməyi xahiş edir. Bir sözlə, turist əlindən tərpənmək olmur. Odur ki, venesiyalılar həftə sonu səs-küydən uzaq olmaq üçün şəhər kənarına gedirlər. Adreatik dənizi  bulanıq, suyu aşırı duzlu olsa da, buradakılar üçün adidir. Çimərliklər dolub-daşır. Suyun istiliyi də Xəzərə baxanda soyuqdur. Sahildə Banqladeşdən gələn səyyar satıcılar heç də bizim çimərlikdəkilərdən fərqlənmir. Nəsə almasan əl çəkən deyillər. Bu balaca qəsəbənin sakinləri üzdən çox xoşbəxt görünürlər. Axşamlar küçələrdə konsert olur, bəzən səhərə qədər davam edir. İnsanlar evlərinə getmədən gecəni küçələrdə musiqi dinləməklə keçirirlər. seyahetchi.com


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır