Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-01,
Seanews
Heyder Eliyev

anlarda gəzən nəhəng şəhərlər – SİYAHI+

Onları okeanlarda gəzən nəhəng şəhərlər də adlandırırlar. Hər cür əyləncə imkanı təqdim edən bu gəmilər ödədiyiniz pulun qəpiyinədək qarşılığını verirlər.  1. Symphony of the Seas  Dünyanın ən böyük sərnişin gəmisidir. 16 göyərtəyə sahib olan gəminin ağırlığı 230 min tondur. Ümumi sərnişin tutumu 5400 nəfərdir.   2. Harmony of the Seas  2016-cı ildə inşa olunan gəmi 226 min tondur. 16 göyərtəli “Harmony of the Seas” 6687 sərnişin tutumuna malikdir.   3. Oasis of the Seas  16 göyərtəsi olan və 361 metr uzunluğa malik  “Oasis of the Seas” 225 min ton ağırlığındadır. Gəminin sərnişin tutumu 6780 nəfərdir.   4. MSC Meraviglia  2017-ci ildə tikilən bu nəhəng üzən şəhər 171 ton ağırlığındadır. Sənişin tutumu 5714 nəfərdir.   5. Quantum of the Seas  167 min ton ağırlığındakı “Quantum of the Seas” 16 göyərtəyə sahibdir. 347 m uzunluğundakı gəmi 4905 sərnişin daşıya bilir.   6. The Anthem of the Seas 2015-ci il istehsalı olan gəminin uzunluğu 347 metrdir.  169 min ton ağırlığındakı bu gəmi 4905 sərnişin tutumuna malikdir.   7. Ovation of the Seas  168 min ton ağırlığındakı gəminin 16 göyərtəsi var. Nəhəng gəmi 4905 sərnişin daşıya bilir. 8. Norwegian Joy  2017-ci ildə inşa edilən gəminin ağırlığı 167 min tondur. 4200 sərnişin tutumuna malik bu üzən şəhər ilk səfərini Çinə etmişdi.   9. Norwegian Escape  2015-ci ildə tikilən və təxminən 325 metr uzunluğunda olan gəmi 164 min ton ağırlığındadır. Gəminin sərnişin tutumu 4248 nəfərdir.   10. Liberty of the Seas  2007-ci ildə inşa edilən “Liberty of the Seas”  14 göyərtəyə malikdir.  154 min ton ağırlığında və 4960 sərnişin tutumuna malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır