Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

midə boş qalan vaxtı necə dəyərləndirmək o

Kitab oxumaq Marağınız nə qədər az olsa da, gəmiyə gedərkən özünüzlə bir neçə kitab götürməyiniz məsləhətdir. Kayutunuza çəkilib, sakit bir ortamda oxunan kitab ruhunuzu rahatlaşdıracaq.  Musiqi alətində ifa etmək Yaxşı musiqi duyumunuz, yaxud hanısa alətdə ifa etmək bacarığınız varsa, gəmi sizin üçün ideal məkandır. Gəmidə xüsusi dərslərə qatılmaq kimi bir imkanınız yoxdur, amma internetdən tapdığınız dərs videoları ilə özünüzü inkişaf etdirə bilərsiniz. Film izləmək Günün sonunda, axşam yeməyindən sonra gözəl bir film izləməyi kim istəməz ki? Buna görə də dənizə çıxarkən özünüzlə bir neçə film götürməyi unutmayın. Bununla siz gəmidə yaxşı vaxt keçirə bilərsiniz. İdman etmək Hər halda çoxunuz yorucu günün sonunda idman etmək istəməzsiniz. Başa düşüləndir. Amma davamlı idmanla məşğul olmaqla ideal bədən quruluşuna sahiblənə bilərsiniz. İdman sağlamlığınıza da yaxşı təsir göstərəcək. Özünüzə inamı artıracaq. İdmanı tək etmək məsləhət deyil, həmkarlarınıza qoşulsanız daha yaxşı olar. Söhbətləşmək Yuxarıda saydıqlarımız bir yana, salon bir yana… Arada yorğunluğunuzu çıxarmaq üçün kayutunuza da çəkilə bilərsiniz. Amma heyətlə ünsiyyət çox vacibdir. Ümumi salona gedin..Danışın…Dinləyin…Yeni insanlarla tanış olun və s…


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır