Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

nəhəng gəmiləri sənmi sürürs

Getdiyin hər yerdə millətinin təmsilçisi kimi bir konsul qədər diplomat olacaqsan. Bir mühəndis qədər mühərrikdən anlayacaqsan, bir okeanoqraf kimi dənizləri, astronom kimi ulduzları tanıyacaqsan. Və metreologiya mütəxəssisi kimi küləkləri hiss edəcəksən. Əlli adamlıq heyətə rəhbərlik etməyi bacaracaq qədər mükəmməl idarəçi olacaqsan, yeri gələndə iqtisadçının işini görəcəksən.  Həyat yoldaşından, övladından, sevdiklərindən ayrı, müxtəlif insanların (özün də daxil) ruh sağlığını qoruyacaq qədər psixoterapevt, hər cür xəstəliyə çarə tapa biləcək qədər həkim olacaqsan. Bütün bunları lazım olduğu qədər yerinə yetirdiyinə özün inandığın gün saçların ağaracaq. Və yenə eyni sualı verəcəklər: Nə işlə məşğulsan? Və yenə öyünmədən, təvəzökarlıqla eyni cavabı verəcəksən: Kapitanam Dərhal heyrətlə soruşacaqlar: Yəni, bu nəhəng gəmiləri sənmi sürürsən?


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır