nizçilərin I spartakiadasının açılış mərasimi 22 iyunda ol
Məlumat verdiyimiz kimi 21-23 iyun tarixlərində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin işçilərinin I spartakiadası təşkil olunacaq. Təşkilat Komitəsindən bildirilib ki, spartakiadanın açılış mərasimi 22 iyun 2018-ci il saat 14:00-da baş tutacaq. “Bayıl Arena” stadionunda keçiriləcək açılış mərasimində bütün dənizçilər iştirak edə bilərlər. Spartakiada yarışları futbol, şahmat, dama, nərd, stolüstü tennis, üzgüçülük, kəndir dartma olmaqla idmanın 7 növü üzrə keçiriləcək. Qeyd edək ki, spartakiadanın təşkilində məqsəd dənizçilərin sağlamlığının möhkəmləndirilməsi, onları bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etməklə asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, eləcə də ən yaxşı idman kollektivlərini müəyyən etməkdən ibarətdir.